Sunday 25 September 2016

Uşaqları ruhlandırmağı unutmayaq

Ənənəvi Azərbaycan ailəsində uşaqları, xüsusən də qızları tərifləmək dəbdə deyil. Belə bir stereotip var ki, təriflənən uşaqlar, yenə də xüsusən qızlar çaşıb, "yolunu aza" bilər. Bəzən isə valideynlər uşağı tərifləyərək onun hamıdan üstün olduğunu aşılayır ki, bu da uşağı çaşdırır. Rəfiqəm sayəsində aşağıdakı videoya baxdım. İnğiliscə bilməyən həmvətənlilərim üçün tərcümə edirəm. Hesab edin subtitrdır. Bölüşün, daha çox adam baxsın, oxusun.

Ata qızına məktəbə getməzdən əvvəl, güzgünün qarşısında həvəsləndirici sözlər dedizdirir. İlk öncə deyir ki, özünə bax, gözlərinin içinə bax, gərək özünü görəsən, dediklərini hiss edəsən. Soruşur "Hazırsan? Məktəbə hazırsan? Bu gün yaxşı gün olacaq? Sən pozitiv olacaqsan?" Qızı "hə" cavab verir.

Ata: "De, qızım. Mən güclüyəm."
Balaca: "Mən güclüyəm."
Ata: "De, mən ağıllıyam."
Qızı: "Mən ağıllıyam."
Ata: "De, mən çox çalışıram."
Qızcığaz: "Mən çox çalışıram."
Ata: "De, mən gözələm."
Şirin: "Mən gözələm."
Ata: "De, mən hörmətciləm."
Bala: "Mən hörmətciləm."
Ata: "De, mən heç kimdən yaxşı deyiləm."
Balaca: "Mən heç kimdən yaxşı deyiləm."
Ata: "De, heç kim məndən yaxşı deyil."
Qızı: "Heç kim məndən yaxşı deyil."
Ata: "De, mən heyranediciyəm."
Uşaq: "Mən heyranediciyəm."
Ata: "De, mən əlayam."
Qızı: "Mən, əlayam."

Sonra ata qızından adını soruşur və davam edir "Yıxılsan, nə edərsən?" Qızı: "Yenidən ayağa qalxaram." Ata: "Sən kimsən?" Qızı: "Mən bəxtəvərəm." Ata deyir: "Tanrıya de ki, sağ ol ki, məni əla yaratmısan. Məndən yaxşısı yoxdur." Uşaq atanın dediklərini təkrar edir.
Və ata qızına amerikansayağı deyir "beş vur" və öpüş alır.

Friday 16 September 2016

А добры ли мы к чужим детям...

В этом году (azərbaycanca aşağıda) мне посчастливилось быть мамой первоклассника во второй раз. Тщетно пытаясь сдержать слезы умиления, я наблюдала, как счастливые мамы и папы, бабушки и дедушки, тети в лучших семейных традициях пришли поддержать своих родных и близких. А дети, все красивые и сладкие, настоящее достояние нации. Так вот у меня есть один из рецептов мирного и счастливого общества и мира. Думаю в тот момент, когда каждый взрослый осознает и примет тот факт, что...каждый ребёнок, не только свой, а каждый имеет право на счастье, то мир станет лучше и добрее. Счастья и доброты должно хватить всем, на каждого ребёнка. С новым учебным годом, друзья!

Bu il mənə yenidən birinci sinif şagirdinin anası olmaq nəsib oldu. Nə qədər özümə söz versəm də, kövrəlməmək mümkün olmadı. Ətrafımda, gözəl ailə adətlərinə uyğun olaraq, öz şirin və göyçək balalarına, millətimizin əsl xəzinəsi olan uşaqlara dəstək olmaq üçün gələn xoşbəxt nənə və babaları, ata və anaları, xalaları gördüm. Cəmiyyətin və dünyanın firavan və xoşbəxt yaşaması üçün məncə reseptlərdən birini tapmışam. Belə ki, o vaxt ki, hər bir böyük, anlayıb, qəbul edəcək ki, hər bir uşağın, tək özününkünün deyil, hər bir uşağın xoşbəxtliyə haqqı var, o zaman dünya daha mərhəmətli, daha xoşbəxt olacaq. Yaxşılıq və xoşbəxtlik hamıya, hər bir uşağa bəs edəcək qədər olmalıdır. Yeni dərs ilimiz mübarək olsun, dostlar!