Wednesday 11 May 2016

Cəsarət

Bu gün Məcid 3-4 ay basketbola gedəndən sonra nəhayət ki, topu səbətə saldı. O qədər sevindi ki, dedik bu kiçik qələbəsini qeyd edək. Bu barədə yazmaq istəyirdim ki, aşağıdakı video qarşıma çıxdı. Sonunda sitat var "qorxu aldadır, qorxunu üstələməyi öyrən". Qruppada hamıdan kiçik və balaca olsa da, top ondan ağır olsa da, Məcid heç nəyə məhəl qoymadı, oyun xoşuma gəlir, oynayacam dedi. Mən cəsarəti ondan öyrənirəm. İndi evdə deyirik ki, "Özünə inan. Məcid kimi ol!"
https://www.facebook.com/arthurmoorepage/videos/974895745936571/?pnref=story

No comments:

Post a Comment