Sunday 25 September 2016

Uşaqları ruhlandırmağı unutmayaq

Ənənəvi Azərbaycan ailəsində uşaqları, xüsusən də qızları tərifləmək dəbdə deyil. Belə bir stereotip var ki, təriflənən uşaqlar, yenə də xüsusən qızlar çaşıb, "yolunu aza" bilər. Bəzən isə valideynlər uşağı tərifləyərək onun hamıdan üstün olduğunu aşılayır ki, bu da uşağı çaşdırır. Rəfiqəm sayəsində aşağıdakı videoya baxdım. İnğiliscə bilməyən həmvətənlilərim üçün tərcümə edirəm. Hesab edin subtitrdır. Bölüşün, daha çox adam baxsın, oxusun.

Ata qızına məktəbə getməzdən əvvəl, güzgünün qarşısında həvəsləndirici sözlər dedizdirir. İlk öncə deyir ki, özünə bax, gözlərinin içinə bax, gərək özünü görəsən, dediklərini hiss edəsən. Soruşur "Hazırsan? Məktəbə hazırsan? Bu gün yaxşı gün olacaq? Sən pozitiv olacaqsan?" Qızı "hə" cavab verir.

Ata: "De, qızım. Mən güclüyəm."
Balaca: "Mən güclüyəm."
Ata: "De, mən ağıllıyam."
Qızı: "Mən ağıllıyam."
Ata: "De, mən çox çalışıram."
Qızcığaz: "Mən çox çalışıram."
Ata: "De, mən gözələm."
Şirin: "Mən gözələm."
Ata: "De, mən hörmətciləm."
Bala: "Mən hörmətciləm."
Ata: "De, mən heç kimdən yaxşı deyiləm."
Balaca: "Mən heç kimdən yaxşı deyiləm."
Ata: "De, heç kim məndən yaxşı deyil."
Qızı: "Heç kim məndən yaxşı deyil."
Ata: "De, mən heyranediciyəm."
Uşaq: "Mən heyranediciyəm."
Ata: "De, mən əlayam."
Qızı: "Mən, əlayam."

Sonra ata qızından adını soruşur və davam edir "Yıxılsan, nə edərsən?" Qızı: "Yenidən ayağa qalxaram." Ata: "Sən kimsən?" Qızı: "Mən bəxtəvərəm." Ata deyir: "Tanrıya de ki, sağ ol ki, məni əla yaratmısan. Məndən yaxşısı yoxdur." Uşaq atanın dediklərini təkrar edir.
Və ata qızına amerikansayağı deyir "beş vur" və öpüş alır.

No comments:

Post a Comment