Saturday 6 January 2024

Arzular çin olsun

Əziz Dostlar, aşağıdakı şəkili əmim oğlu Şahin bölüşəndə, mən aşağıdakı sözləri yazmışdım. Bu,  2016cı ildə baş vermişdir. 

2012ci ildən mən işlədiyim təşkilatda rəhbər işi üçün sənəd verirdim və 2017ci ildə nəhayət ki, belə bir işə qəbul oldum. 2017ci ilin aprel ayından, 2016cı ilin yanvarında yazdığım arzularımla bağlı layihələr üzərində işləyən komandalarla müxtəlif ölkələrdə işləyirəm, rəhbərlik edirəm və bu məni çox xoşbəxt edir. 

Əlbəttə, insan istəyir ki, arzuları daha tez çin olsun, amma əsas məqsəd səni nə xoşbəxt etdiyini unutmamaq və motivasiyanı saxlayaraq, artırmağa çalışmaqdır.  

2016cı il, yanvar: "Qlobal istiləşmə olmasın, qışda qar yağsın. Amma qaz və işıq kimi su və istilik məsələləri də həll olunsun, su boruları donmasın (əvvəl su borularında daimi su olsun), evlərə istilik çəkilsin, uşaqlarını yuyunduran, isidən, paltar yuyan, qab yuyan qadınlarımız əziyyət çəkməsin, XXI əsrin inkişaf amilləri hər bir rayonumuza, şəhərimizə çatsın..."

Şəkildə Adışirin əmimgilin Şəkidəki həyətləridir. 


No comments:

Post a Comment